Bank Of Baku

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yeni qaydaları təsdiqləyib

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yeni qaydaları təsdiqləyib
# 06 mart 2012 15:38 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanda “Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan brokerlər, aktivlərin idarə edilməsi üzrə peşəkar fəaliyyəti həyata keçirənlər, habelə investisiya fondları və lotereya təşkilatçısı tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi” Qaydaları təsdiqlənib.

Bu barədə “APA-Economics”ə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Yeni Qaydalarda monitorinq iştirakçıları tərəfindən pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində fəaliyyətləri üzrə məlumat və hesabatların QKDK-ya təqdim olunması prosedurları öz əksini tapıb və davamlı nəzarətin həyata keçirilməsi mexanizmləri müəyyən olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR