Bank Of Baku

Aprelin 24-də «Bank Respublika»nın səhmdarlarının ümumi yığıncağı keçiriləcək

Aprelin 24-də «Bank Respublika»nın səhmdarlarının ümumi yığıncağı keçiriləcək
# 07 mart 2012 09:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprelin 24-də Azərbaycanın «Bank Respublika» ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, yığıncağın gündəliyinə 2011-ci il üçün illik maliyyə hesabatı, 2011-ci il üçün kənar audit yoxlamasının nəticələri, ötən ilin nəticələrinə görə xalis mənfəət hesabına ehtiyatların yaradılması və dividendlərin ödənilməsinin təsdiqlənməsi və bankın Müşahidə Şurasının yeni üzvünün təyin edilməsi haqqında məsələlər daxildir.

Qeyd edək ki, «Bank Respublika» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasında nizamnamə kapitalında «25%+1 səhm» paketinə sahib olan Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkəti var. Cari ilin yanvarın 1-nə bankın aktivləri 312,993 mln. manat, kredit portfeli 173,147 mln. manat, depozit portfeli 161,391 mln. manat təşkil edib. Ötən il ərzində «Bank Respublika»nın əldə etdiyi mənfəətin həcmi 10,716 mln. manat təşkil edib. Bundan əvvəlki ili isə bank 2,211 mln. manat zərərlə başa vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR