Bank Of Baku

BBVB-nin valyuta dövriyyəsi son bir ildə 41% azalıb

BBVB-nin valyuta dövriyyəsi son bir ildə 41% azalıb
# 07 mart 2012 11:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən elektron əməliyyatlarının ümumi həcmi 101,991 mln. manat təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 70,856 mln. manat və ya 41% azalıb. Belə ki, ötən ilin yanvar-fevral ayları ərzində əməliyyatların həcmi 172,847 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR