Bank Of Baku

ABŞ Konqresi Çin mallarına rüsum tətbiq olunması haqqında qanun qəbul edib

ABŞ Konqresi Çin mallarına rüsum tətbiq olunması haqqında qanun qəbul edib
# 07 mart 2012 12:15 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ Konqresinin Nümayəndələr Palatası milli valyutasının kursunu aşağı salmaqla ixracatı stimullaşdıran Çin və digər ölkələrin mallarına rüsum tətbiq olunması haqqında qanun layihəsinin lehinə səs verib.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, qanun imzalanma üçün prezident Barak Obamaya təqdim olunacaq.

Ümumi dəyəri 4,7 mlrd. olan 20-dən artıq məhsul növü bu qanunun təsiri altına düşəcək. Ağ Ev hesab edir ki, rüsumların tətbiqi hazırda stimullaşdırılan ixracatdan əziyyət çəkən 80 ABŞ şirkətinə 10 minlərlə iş yerini qoruyub saxlamaq imkanı verəcək.

Çin isə ABŞ-ın iddialarının əsassız, qanunun Ümumdünya Ticarət Təşkilatının normalarına zidd olduğunu bəyan edib.

Qeyd edək ki, ABŞ və Avropa İttifaqı ölkələri dəfələrlə Çini öz milli valyutasının - yuanın kursunu məqsədli şəkildə aşağı salmaqda və bununla da dünya iqtisadiyyatında destabilizasiya yaratmaqda ittiham edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR