Bank Of Baku

Beynəlxalq Sığorta Şirkəti Azərbaycan sığorta bazarının ən çox tanınan təşkilatıdır

Beynəlxalq Sığorta Şirkəti Azərbaycan sığorta bazarının ən çox tanınan təşkilatıdır
# 07 mart 2012 13:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin sifarişi ilə dünyanın ən böyük bazar araşdırma şirkətlərindən biri olan «GfK Group»un Türkiyə bölməsi «GfK Türkiye» təşkilatı Azərbaycanın ən çox tanınan sığorta şirkətlərini müəyyən edib.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, aparılan bazar araşdırması nəticəsində məlum olub ki, Azərbaycanın ən çox tanınan sığorta təşkilatı Beynəlxalq Sığorta Şirkəti (BSŞ) olub. Belə ki, sorğu nəticəsində BSŞ 9,2% səs çoxluğu ilə sığorta şirkətləri sırasında lider olub.
Aparılan sorğu nəticəsində məlum olub ki, ilk beşliyə «Standart Insurance» (9,2%), «AtaSığorta» (9%), «Qarant Sığorta» (7,7%) və «Paşa Sığorta» (7,7%) şirkətləri də daxil olub.
Xatırladaq ki, əsas təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan BSŞ 2002-ci ildə fəaliyyətə başlayıb. Şirkət müştərilərinə 5 icbari və 32 könüllü sığorta növü üzrə xidmət göstərir.
Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 12,409 mln. manat, sığorta ödənişləri isə 5,687 mln. manat olub. BSŞ Azərbaycanda sığorta şəhadətnamələrinin on-line satışını tətbiq edən ilk sığorta şirkəti olub.
Cari ilin martın 1-nə nizamnamə kapitalının həcmi 8,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR