Bank Of Baku

Azərbaycanda daha bir sığorta şirkəti bağlanıb

Azərbaycanda daha bir sığorta şirkəti bağlanıb
# 09 mart 2012 06:55 (UTC +04:00)
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən APA_Economicsə verilən məlumata görə, şirkətin lisenziyasının qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmasını müəyyən olunmuş müddətdə təmin etməməsi ilə əlaqədar, «Fidan Sığorta» ASC-yə sığorta fəaliyyətinə verilmiş lisenziya qanunvericiliyə uyğun olaraq Maliyyə Nazirliyinin müvafiq əmri ilə ləğv edilib.

Qeyd edək ki, 2011-ci il avqustun 19-da Maliyyə Nazirliyi bu şirkətin lisenziyasının qüvvəsi müvəqqəti olaraq dayandırıb. Buna səbəb şirkətin maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə əməl olunmasının təmin edilməsi barədə dövlət sığorta nəzarəti orqanı tərəfindən verilən təqdimatları icra etməməsi olub.

Xatırladaq ki, təsisçisi bir hüquqi və iki fiziki şəxs olan «Fidan Sığorta» şirkəti 1994-cü ildən fəaliyyət göstərir. Şirkət 15 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərib. Şirkətinin nizamnamə kapitalı 1,4 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR