Yunanıstan son anda defoltdan yayınıb
09 mart 2012 07:44 (UTC +04:00)
Bakı - APA-Economics. Yunanıstan hökuməti borc öhdəliklərinin mübadiləsi üzrə sövdələşməyə özəl kreditorların əksəriyyətinin razılığını alıb ki, bu da ölkəyə defoltdan yayınmaq imkanı verib.
“APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, mübadilənin baş tutması üçün kreditorların ən azı 75%-nin razılığı tələb olunub. Yunanıstan hökuməti isə onların 85%-nin razılığını almağa nail olub.
Qeyd edək ki, suveren borcun restrukturizasiyası investorların Yunanıstanın borclarına yatırımlarının 74%-nin silinməsini nəzərdə tutur. Tarixin ən böyük sövdələşməsi olan bu proses ölkənin borcunun 100 mlrd. avro azalmasına imkan verəcək. Beynəlxalq Valyuta Fondu və Avropa Birliyi Afinanın 130 mlrd. avro maliyyə yardımı alması üçün özəl kreditorlarla sövdələşməni vacib amil sayıb.
Hazırda Yunanıstan İkinci Dünya Müharibəsindən bəri ən ağır iqtisadi böhran dövrünü yaşayır. Ölkə iqtisadiyyatı artıq beşinci ildir azalmaqdadır, dövlət borcunun ÜDM-ə nisbəti 160%, işsizlik səviyyəsi isə 21%-dir. Dünyanın 3 böyük reytinq agentliyi - “Fitch Ratings”, “Moody’s” və “Standard & Poor’s” Yunanıstanın reytinqini ən aşağı səviyyəyə endirib.

Maliyyə
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024
Kapital Bank-ın 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
15:27
17 may 2024
BMT: 2024-cü ilin əvvəlindən artan neft qiymətləri Azərbaycan və Qazaxıstanın gəlirlərini artıracaq
15:18
17 may 2024
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
13:25
17 may 2024