Bank Of Baku

Apreldə MDB-də fərdi kapital və bankçılığa həsr olunan konfrans keçiriləcək

Apreldə MDB-də fərdi kapital və bankçılığa həsr olunan konfrans keçiriləcək
# 09 mart 2012 11:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. aprelin 17-19-də Moskvada “Fərdi kapitalın idarə edilməsi və Privat Bankinq: Rusiya və MDB” adlı konfrans keçiriləcək. “APA-Economics”in xəbər verdiyi kimi, “Adam Smith Conferences” tərəfindən təşkil edilən bu konfransın əsas məqsədi fərdi kapitalın idarə edilməsində ixtisaslanan şirkətlərin təqdimatıdır.

Belə ki. konfrans çərçivəsində “Ailə ofisin açılması və idarə edilməsi”, “Fərdi kapitalın investisiya istiqamətləri”, “MDB və Baltik ölkələrində fərdi bankçılığın perspektivləri”, “İnvestisiya risklərin idarə edilməsi”, “Fərdi müştərilərin investisiya portfellərində alternativ (ekzotik) aktivləri”, “Varlı şəxsləri üçün vergi məsləhətləri” kimi mövzularda çıxış və təqdimatlar gözlənilir.

Konfransda MDB və uzaq xaricdən beynəlxalq nüfuzlu maliyyə qurumların nümayəndələrin iştirakı və çıxışı nəzərdə tutulur. O cümlədən, konfransda Azərbaycan Beynəlxalq Bankının törəmə bankı olan “ABB-Moskva”nın İnvestisiya və fərdi kapitalın idarə edilməsi departamentin başçısı Fagan Nağıyevin məruzəsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR