Bank Of Baku

«PAŞA Sığorta» şirkəti daha bir bankın korporativ tibbi sığortaçısı seçilib

«PAŞA Sığorta» şirkəti daha bir bankın korporativ tibbi sığortaçısı seçilib
# 09 mart 2012 13:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «PAŞA Sığorta» şirkəti «Kapital Bank» ASC-nin əməkdaşlarının korporativ tibbi sığortaçısı seçilib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, tibbi sığorta proqramı üzrə bağlanmış müqaviləyə əsasən, proqramın ilkin mərhələsi inzibati və texniki işçilər daxil olmaqla bankın mərkəzi ofisində və Bakı filialında çalışan əməkdaşlarını əhatə edir.

Qeyd edək ki, «Kapital Bank» da daxil olmaqla «PAŞA Sığorta» şirkəti «Access Bank», «PAŞA Bank», «Bank of Baku», «Muğan Bank», «Bank Avrasiya» və «United Credit Bank»ın işçilərinin tibbi sığortaçısıdır.

Çoxprovayderli xidmət modeli üzərində qurulmuş «PAŞA Sığorta»nın Korporativ Tibbi Sığorta Proqramı tibbi sığorta müqaviləsi çərçivəsində müştərilərin müraciətlərinə gün ərzində fasiləsiz təminatı həyata keçirir və ölkənin 18 qabaqcıl özəl və dövlət tibb müəssisələrində və aptek şəbəkələrində müştərilərə göstərilən təcili, ambulator və stasionar tibbi yardımın keyfiyyətinə nəzarət edir.

Xatırladaq ki, «PAŞA Holding» Şirkətlər Qrupuna daxil olan «PAŞA Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Cari ilin martın 1-nə şirkətin nizamnamə kapitalı 30 mln. manat olub. Hazırda şirkət 31 sığorta növü üzrə xidmət göstərir.

«Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «PAŞA Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Bankın ölkə üzrə 89 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR