Bank Of Baku

«AXA-Mbask» sığorta şirkəti sığorta agentləri üçün kampaniya keçirir

«AXA-Mbask» sığorta şirkəti sığorta agentləri üçün kampaniya keçirir
# 12 mart 2012 07:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AXA-Mbask» sığorta şirkəti icbari sığorta polislərinin satışı ilə məşğul olan bütün sığorta agentlərini «İcbari Yaz» adlı yaz kampaniyası çərçivəsində əməkdaşlığa dəvət edir.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, mayın 31-dək davam edəcək kampaniya çərçivəsində həmin tarixədək müraciət etmiş agentlər, müvafiq əmək müqaviləsi bağlandıqdan sonra «AXA-Mbask» şirkətindən sığorta polislərinin buraxılışı və qeydiyyatını asanlaşdıran proqram təminatı olan HP fərdi mini-kompüteri, eləcə də müvafiq marketinq məhsullarından ibarət olan xüsusi hazırlanmış «Agent qutusu», yüksək agent məvacibi (komisyon və bonuslar), komisyon haqlarının asan və sürətli ödəmə sistemi, yüksək səviyyəli agent xidmətləri və peşə gələcəyini qurmaqda dəstək, həmçinin «AXA-Mbask» brendi altında peşəkar agentlik açmaq imkanı və şirkətin hesabına xaricdə ixtisasartırmada iştirak imkanı əldə edəcəklər.

Maraqlananlar «AXA-Mbask» sığorta şirkəti ilə (012) 596-55-70 nömrəli telefonla əlaqə saxlaya bilər və ya [email protected] elektron ünvanına müraciət edə bilərlər.

Xatırladaq ki, 2010-cu ilin oktyabr ayında «Mbask» sığorta şirkətinin nəzarət səhm paketi (51%) «AXA Group»un (Fransa) törəmə şirkəti olan «AXA Sequros generales S.A, De Sequros Y Reasequros» (İspaniya) şirkətinə satılıb. Şirkətin səhmlərinin 49%-i isə yerli fiziki şəxsə məxsusdur.

«AXA-Mbask» sığorta şirkəti 1992-ci ildən «Mbask» adı ilə fəaliyyətə başlayıb. Cari ilin martın 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edib. Şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR