Bank Of Baku

İslandiyanın baş naziri milli valyutadan imtina etməyi təklif edib

İslandiyanın baş naziri milli valyutadan imtina etməyi təklif edib
# 12 mart 2012 07:54 (UTC +04:00)
APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, bu sensasion bəyanatla Yohanna Siqurdardottir çıxış edib.

Onun sözlərinə görə, hazırda yaranmış vəziyyət olduğu kimi saxlanıla bilməz və başqa dövlətin valyutasını qəbul etməyi zəruri edir.

İslandiya 2008-2009-cu illərin qlobal iqtisadi böhranından az qala bütün Avropa ölkələrindən daha çox zərər çəkib. Ölkə defoltdan yalnız beynəlxalq təşkilatların kreditləri və bankların milliləşdirilməsi hesabına xilas ola bilib. Böhran nəticəsində yerli kronun kursu iki dəfə aşağı düşüb. Beş il əvvəl 67 krona olan dollar hazırda 125 krona satılır.

Qeyd edək ki, İslandiya 2010-cu ilin iyulunda AB-yə üzv olmaq barədə danışıqlara başlayıb. Bu məsələ ilə bağlı səsvermənin 2013-cü ilin əvvəlində baş tutacağı gözlənilir. Son sosioloji sorğulara görə, ölkə əhalisinin 56,2%-i AB-yə daxil olmağın əleyhinə, 26,3%-i lehinədir.

Maliyyəçilər arasında isə İslandiyada Kanada dollarının tətbiqi barədə müzakirələr intensivləşib. Artıq Kanadanın İslandiyadakı səfirliyi bu ideyanı dəstəkləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR