Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı daha bir elektron ofisi açıb

Azərbaycan Beynəlxalq Bankı daha bir elektron ofisi açıb
# 12 mart 2012 09:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) 24 saat fəaliyyət göstərən ikinci özünə xidmət elektron ofisini açıb. Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhəri, İnşaatçılar prospekti,499-cu məhəllə ünvanında yerləşən bu ofisdə məlumat köşkü və iki Cash-In bankomatı yerləşir.

Ofisdə hesabların ödənilməsi və artırılması, hesab haqqında çıxarışın alınması, kreditlərin ödənilməsi, bir hesabdan digərinə köçürmələrin həyata keçirilməsi və başqa bank əməliyyatlarının aparılması mümkündür.

Qeyd edək ki, birinci ofis 28 May küçəsi,20 ünvanında yerləşir, bu yaxınlarda isə Bakının Xətai rayonunda daha bir ofisin açılması nəzərdə tutulur. Bundan əlavə, Bakıda ABB-nin iki elektron şöbəsi fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-cı ilin yanvarından fəaliyyət göstərir. Bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i isə fiziki və özəl hüquqi şəxslərə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR