Bank Of Baku

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 10 dəfə üstələyir

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 10 dəfə üstələyir
# 12 mart 2012 12:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son 8 il ərzində Azərbaycanın strateji valyuta ehtiyatları 22 dəfədən çox artaraq 41 mlrd. ABŞ dollarına çatıb. «APA-Economics»in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında dərc olunmuş hesabatda deyilir.

Hesabatda qeyd olunub ki, bu göstərici ÜDM-in təxminən 65%-nə bərabər olub: «Valyuta ehtiyatları 3 illik əmtəə və xidmət idxalının maliyyələşməsinə kifayət edir və xarici dövlət borcunu təxminən 10 dəfə üstələyir».

Mərkəzi Bankın valyuta ehtiyatları isə 2011-ci ildə 60%-dən çox artaraq 10,5 mlrd. dolları ötüb.

Qeyd edək ki, Azərbaycanın xarici dövlət borcunun həcmi 2012-ci il yanvarın 1-nə 4 816,7 mln. dollar təşkil edib. Bu isə ötən ilin əvvəlinə olan analoji göstərici ilə müqayisədə 24,9% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR