Bank Of Baku

Son 8 ildə Bakı Fond Birjasının dövriyyəsi 90 dəfə artıb

Son 8 ildə Bakı Fond Birjasının dövriyyəsi 90 dəfə artıb
# 12 mart 2012 12:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son 8 il ərzində Bakı Fond Birjasının (BFB) ticarət dövriyyəsi 90 dəfə artaraq 8,430 mlrd. manata çatıb. «APA-Economics»in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında dərc olunmuş hesabatda deyilir.

Hesabatda qeyd olunub ki, BFB-nin ticarət dövriyyəsinin ÜDM-ə nisbəti 2004-cü ildəki 1%-dən 2011-ci ilin sonuna 17%-dək artıb: «Bu dövr ərzində qeyri-neft özəl sektorunun regional və sahəvi şaxələndirilməsi təşəbbüsləri çərçivəsində özəl sektorun fond bazarından maliyyələşmə imkanlarının genişləndirilməsi korporativ qiymətli kağızların mütəşəkkil bazarda ticarətin həcmində 43 dəfə artmasına səbəb olub. Belə ki, bu müddət ərzində səhm bazarının həcmində 46 dəfə, korporativ istiqraz bazarının həcmində isə bu göstərici üzrə 40 dəfə artım müşahidə olunub».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR