Bank Of Baku

Çinin ticarət balansının kəsiri 22 illik maksimuma çatıb

Çinin ticarət balansının kəsiri 22 illik maksimuma çatıb
# 12 mart 2012 12:43 (UTC +04:00)
Bakı - APA-Economics. Çinin ticarət balansının kəsiri bu ilin fevral ayında 31,5 mlrd. dollar təşkil edib ki, bu da son 22 ildə rekord göstəricidir.

APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, bu, Çin tarixi ərzində ən böyük göstərici ola bilərdi: “Lakin təəssüf ki, müvafiq statistika mövcud deyil”.

Fevralda Çindən ixrac illik müqayisədə 18,4%, idxal isə 39,6% artıb. Ümumilikdə 2012-ci ilin ilk iki ayı ərzində ticarət balansının kəsiri 4,25 mlrd. dollar təşkil edib. Bir il əvvəl bu göstərici 890 mln. dollar olub.

Yanvar ayında ticarət balansının profisiti 27,28 mlrd. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR