Bank Of Baku

İTM: Azərbaycanda illik inflyasiya 8,23% olub

İTM: Azərbaycanda illik inflyasiya 8,23% olub
# 12 mart 2012 12:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Azərbaycanın 10 regionunda 2012-ci ilin fevral ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açaıqlayıb.

İTM-dən «APA-Economics»ə verilən məlumata görə, müşahidələr nəticəsində məlum olub ki, cari ilin ikinci ayında Azərbaycanda istehlak qiymətləri 0,31% artıb. Bu zaman ərzaq məhsulları 0,43% bahalaşıb, qeyri-ərzaq məhsulları 0,17% ucuzlaşıb, xidmət tarifləri isə 0,59% artıb.

İlin birinci ayına nisbətən fevralda Bakıda qiymətlər 0,40%, regionlarda 0,22% artıb. O cümlədən, ərzaq məhsulları Bakıda 0,53%, regionlarda 0,32% bahalaşıb, qeyri-ərzaq məhsulları Bakıda 0,22%, regionlarda isə 0,13% ucuzlaşıb. Xidmətlərin dəyəri ay ərzində Bakıda 0,82%, regionlarda 0,37% artıb.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri 0,57%, o cümlədən ərzaq məhsulları 1,24% artıb. Qeyd olunan dövrdə qeyri-ərzaq məhsullarının qiyməti 1,04% azalıb, xidmətlər isə 0,83% artıb. İki ayda Bakıda 0,86%, regionlarda isə 0,28% inflyasiya qeydə alınıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 8,23% bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 11,20%, regionlarda isə 5,31% artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya ərzaq məhsullarında (13,11%) olub. Qeyri-ərzaq məhsullarında artım 1,02%, xidmətlərdə isə 5,05% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR