Bank Of Baku

Son 7 ildə Azərbaycan dövlət qiymətli kağızlar bazarının həcmi 17 dəfə artıb

Son 7 ildə Azərbaycan dövlət qiymətli kağızlar bazarının həcmi 17 dəfə artıb
# 12 mart 2012 14:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son 7 il ərzində Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı nəticəsində dövlət qiymətli kağızlar bazarının həcmində 17 dəfə artım müşahidə olunub. «APA-Economics»in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında dərc olunmuş hesabatda deyilir.

Hesabatda qeyd olunub ki, bu dövr ərzində dövlət istiqrazları bazarının həcmində 16 dəfə, Mərkəzi Bankın notlarının həcmində isə 18 dəfə artım qeydə alınıb: «Bu müddət ərzində dövlət istiqrazlarının gəlirliklərinin bazar siqnalları əsasında artırılması qiymətli kağızlar bazarının inkişafı üçün əhəmiyyət kəsb edən gəlirlik əyrisinin formalaşması ilə nəticələnib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR