Bank Of Baku

Azərbaycan MONEYVAL-un növbəti plenar iclasında iştirak edib

Azərbaycan MONEYVAL-un növbəti plenar iclasında iştirak edib
# 12 mart 2012 14:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Strasburqda (Fransa) Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 38-ci plenar iclası keçirilib.
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) «APA-Economics»ə verilən məlumata görə, iclasda Komitənin sədri Rüfət Aslanlının rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.
Plenar iclasın gündəliyinə digər məsələlərlə yanaşı 2010-cu ildə MONEYVAL-a üzv ölkələrin 3-cü mərhələ birgə qiymətləndirmə hesabatları əsasında QKDK tərəfindən hazırlanmış «horizontal icmal»da Azərbaycanla bağlı əks olunan tövsiyələrin icra vəziyyətinə dair müzakirələr də daxil edilib.
Plenar iclasın gedişində Azərbaycan nümayəndə heyəti müvafiq istiqamətdə ölkədə həyata keçirilmiş işlərin statusuna dair hesabat təqdim edib. Aparılan müzakirələrin nəticəsi olaraq Azərbaycan hökumətinin hesabatı plenar iclas tərəfindən yekdilliklə qəbul olunub.
Plenar iclas zamanı, gündəliyə uyğun olaraq MONEYVAL-a üzv olan bir sıra dövlətlərin birgə qiymətləndirmə hesabatları, tərəqqi hesabatları, habelə «xüsusi monitorinq rejimi» və «horizontal icmal» çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) tövsiyələri üzrə çatışmazlıqları mövcud olan ölkələrin hesabatları da müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR