Bank Of Baku

SOCAR Tibbi Sığorta Proqramına xidmət göstərilməsi üçün Assistans Mərkəzi işə başlayıb

SOCAR Tibbi Sığorta Proqramına xidmət göstərilməsi üçün Assistans Mərkəzi işə başlayıb
# 13 mart 2012 12:57 (UTC +04:00)
Bakı – APA-Economics. ARDNŞ, Paşa Sığorta şirkəti və türk məsləhətçilərinin iştirakı ilə SOCAR Medical Insurance Sığorta Proqramı çərçivəsində sığortalılara xidmət göstərilməsi üçün yaradılmış Assistans Mərkəzinin təqdimatı keçirildi. Türkiyə təcrübəsi əsasında ARDNŞ və Paşa Sığorta şirkətlərinin təşəbbüsü ilə yaradılmış Mərkəz neftçilərə xidmət göstərilməsini mühüm dərəcədə asanlaşdırır və neftçilərin sığortaçı və tibb müəssisələri ilə ünsiyyətini rahatlaşdıraraq səmərəliliyi artırır.

Tibbi Sığorta Proqramı çərçivəsində ARDNŞ və Paşa Sığorta şirkəti Türkiyə mütəxəssislərinin iştirakı ilə müstəsna olaraq ARDNŞ əməkdaşlarının maraqlarına xidmət göstərəcək ilk müstəqil və ixtisaslaşmış Assistans Mərkəzini təsis etdi. Assistans Mərkəzi paytaxtın mərkəzində Şıxəli Qurbanov küçəsində yerləşir və üç bölmədən ibarətdir – Sığortaçılarla iş üzrə qəbul otağı, Call-center (Qaynar Xətt) və Məlumat bazasının idarəetmə mərkəzi. Təqdimat zamanı çıxış edən ARDNŞ-in Risk menecment şöbəsinin müdiri Vüqar Ələkpərov, “BS Management Consulting (Türkiyə) Ahmet Oktay şirkətinin baş direktoru, “Paşa Sığorta”şirkətinin İdarə Heyətinin sədri Nofəl Rzayev, Assistans Mərkəzinin direktoru Ehtiram Quliyev və digərləri Azərbaycan neftçilərinin yeni tibbi xidmət modelinin ən əsas elementi olaraq assistans xidməti anlayışının Azərbaycan sığorta sektoruna təqdim edilməsinin xüsusilə əhəmiyyətli olduğunu vurğuladı.

“İndi neftçilər öz problemləri ilə poliklinikalardan və ya xəstəxanalardan birinə “növbəyə durmağa” göndərilmir, şəxsən və ya telefon vasitəsilə Assistans Mərkəzinə müraciət edir. Assistans Mərkəzi müştərinin şikayətinə diqqətlə qulaq asaraq konkret vəziyyətin həlli üçün münasib olan məsləhətləri verir. Assistans Mərkəzinə müraciət etməklə artıq neftçilər dövlət və özəl xəstəxanalar və klinikaların təsdiq edilmiş siyahısından rahat şəkildə diaqnostika və müalicə üçün həkim seçə bilər. Digər bir mühüm məqam ondan ibarətdir ki, Assistans Mərkəzinə müraciət edən andan müalicə bitənə qədər sığortalı işçi sığorta şirkətinin “nəzarəti” altındadır, yəni tibbi xidmətdə hər hansı nöqsan və ya çətinlik yaranan hallarda neft işçisinə operativ dəstək göstərilir,” – “Paşa Sığorta” şirkətinin Tibbi Sığorta Departametinin müdiri Rəna Məmmədova təqdimat zamanı qeyd etdi.

“SOCAR Tibbi Sığorta Proqramı” ARDNŞ-nin öz işçilərinin dövlət tibbi xidmətindən korporativ tibbi xidmətə keçirilməsi barədə qəbul etdiyi qərar əsasında 2012-ci ilin yanvar ayında başlanmışdır. SOCAR Tibbi Sığorta Proqramının baş icraçısı Paşa Sığorta şirkətidir və hazırda bu proqram çərçivəsində ARDNŞ-nın 70 000 əməkdaşına xidmət göstərməkdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR