Azərbaycan İpoteka Fondu yeni istiqraz emissiyasının yerləşdirilməsinə başlayır
13 mart 2012 13:49 (UTC +04:00)
AİF-dən «APA-Economics»ə verilən məlumata görə, hərraca ilkin olaraq 2 mln. manat həcmində istiqraz çıxarılacaq. İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2022-ci ilin yanvarın 22-də icra olunacaq. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsilə keçiriləcək.
Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının yeni emissiya prospekti 2012-ci ilin yanvar ayında qeydə alınıb. Emissiyanın ümumi həcmi 30 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazlar üzrə gəlirlik isə illik 3% təşkil edir.
Xatırladaq ki, bundan öncə AİF-in yerləşdirməsi 2009-cu ilin iyununda başlanan və həcmi 55 mln. manat olan, yerləşdirməsi 2010-cu ilin fevralın 1-də başlanan və həcmi 75 mln. manat olan, yerləşdirməsi 2011-ci ilin yanvarın 17-də başlanan və həcmi 60 mln. manat olan, yerləşdirməsi 2011-ci ilin oktyabrın 4-də başlanan və həcmi 20 mln. manat olan 4 buraxılışı tam yerləşdirilib.

Maliyyə
Fərid Hüseynov: Müştərilər şəxsi məlumatlarını kiberdələduzlara ötürəndə problemi həll etmək olmur
10:28
17 may 2024
“Kapital Bank”ın İdarə Heyətinin sədri: "Naxçıvan Bank"ı almaq planımız yoxdur
10:21
17 may 2024
Ziraat Bank Azərbaycan Fintex Sammit 2024 tədbirində mükafatla təltif edilib
09:44
17 may 2024
Bu günün valyuta məzənnələri
09:28
17 may 2024