Bank Of Baku

«AtaBank»ın mənfəəti ötən il kəskin artıb

«AtaBank»ın mənfəəti ötən il kəskin artıb
# 13 mart 2012 14:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaBank» ASC-nin 2011-ci ildə əldə etdiyi mənfəətin həcmi 3,111 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin mənfəəti ilə müqayisədə 11,5 dəfə çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın ümumi gəlirləri 2,5% artaraq 22,881 mln. manata, o cümlədən faiz gəlirləri 0,7% artaraq 18,587 mln. manata, qeyri-faiz gəlirləri 11,30% artaraq 4,294 mln. manata çatıb.

Bankın ümumi xərcləri isə 10,34% artaraq 19,770 mln. manat, o cümlədən faiz xərcləri 25% azalaraq 9,726 mln. manat, qeyri-faiz xərcləri 11,6% artaraq 10,044 mln. manat olub.

Təhlil aparılan il ərzində bankın faiz mənfəəti 64% artaraq 5,861 mln. manat, qeyri-faiz zərəri isə 11,7% artaraq 5,750 mln. manat olub.

Xatırladaq ki, «AtaBank» ASC 1993-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR