Bank Of Baku

Yanvar-fevral aylarında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 1 mlrd. manatdan çox vəsait daxil olub

Yanvar-fevral aylarında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 1 mlrd. manatdan çox vəsait daxil olub
# 13 mart 2012 15:11 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu iln yanvar-fevral aylarında Azərbaycanda Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 047,484 mln. manat həcmində vergi daxilolmaları toplanıb.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu dövrdə proqnoz tapşırıqları artıqlaması ilə yerinə yetirilib. Vergi daxilolmalarının 39,6%-i mənfəət vergisinin, 26,5%-i əlavə dəyər vergisinin, 11,4%-i fiziki şəxslərin gəlir vergisinin, 6,7%-i aksizlərin, 15,8%-i isə digər vergilərin payına düşüb.

Qeyri neft-qaz sektoru üzrə büdcəyə 571,658 mln. manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövründəkinə nisbətən 32,6% çoxdur.

Yanvar-fevral aylarında Azərbaycanda 13 103 yeni vergi ödəyicisi qeydiyyatdan keçib. Ötən ilin iyulun 1-dən cari ilin martın 1-dək elektron qaydada qeydiyyata alınmış fiziki şəxslərin sayı 17 896 olub. Ümumilikdə 2012-ci il 1 mart tarixinə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 431 628 olub. Bu dövrdə ölkə üzrə göndərilən vergi bəyannamələrinin 92,2%-i elektron formada göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR