Bank Of Baku

«Azərbaycan Sənaye Sığorta» şirkətinin daxilolmaları son bir ildə 27% artıb

«Azərbaycan Sənaye Sığorta» şirkətinin daxilolmaları son bir ildə 27% artıb
# 14 mart 2012 07:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Sığorta» şirkətinin 2012-ci ilin yanvar-fevral aylarında topladığı sığorta haqlarının həcmi 1,033 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünün analoji göstəricisi ilə müqayisədə 27% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 2,7 dəfə artaraq 135,796 min manat təşkil edib.

Daxilolmaların strukturunda 448,766 min manat (məcmu yığımlarda payı 43,4%) «Yüklərin (nəqliyyat) sığortası», 128,385 min manat (12,4%) «Əmlakın yanğından və digər risklərdən sığortası», 336,113 min manat (32,5%) «Tibbi sığorta» və 119 min manat digər sığorta növlərinin payına düşüb.

Hesabat dövründə sığorta hadisələri üzrə ən çox vəsait «Tibbi sığorta» (98,230 min manat və ya 72,3%), «Yüklərin (nəqliyyat) sığortası» (18,709 min manat və ya 14%), və «Avtonəqliyyat vasitələrinin sığortası» (15,942 min manat və ya 11,7%) növləri üzrə ödənilib.

Xatırladaq ki, təsisçisi «Anadolu Investment Company» MMC (50%), «Azərbaycan Sənaye Bankı» ASC (45%) və «Azərbaycan Sənaye Lizinq» MMC (5%) olan «Azərbaycan Sənaye Sığorta» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Yaxın vaxtlara kimi şirkət «Capital İnvestment Insurance» («CI Insurance») brendi ilə tanınıb. Cari ilin martın 1-nə şirkətin nizamnamə kapitalı 6 mln. manat təşkil edib. Hazırda şirkət 28 könüllü və 1 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR