Bank Of Baku

Yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatı 0,5% artıb

Yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatı 0,5% artıb
# 14 mart 2012 07:35 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, iqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,1% artaraq 3,4 mlrd. manat və ya ÜDM-in 42,6%-ni təşkil edib. Eyni zamanda neft-qaz hasilatı və emalı sahələrində əlavə dəyər istehsalı 4,5% azalıb.

«ÜDM-in 60,5%-i sənayedə, 2,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 5%-i tikintidə, 6,9%-i ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 5%-i nəqliyyat və anbar təsərrüfatında, 1,3%-i turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində, 1,6%-i informasiya və rabitə xidmətlərində, 11,3%-i isə sosial və digər xidmət sahələrində istehsal edilib», - deyə Komitədən bildirilib.

Bu dövrdə turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində əlavə dəyər real ifadədə 17,7%, informasiya və rabitə xidmətlərində 14,1%, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 2,8%, nəqliyyat və anbar təsərrüfatında isə 1,6% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR