Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı plastik kart sahibləri üçün endirim aksiyası keçirir

Azərbaycan Beynəlxalq Bankı plastik kart sahibləri üçün endirim aksiyası keçirir
# 14 mart 2012 09:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) Türkiyə və BƏƏ-yə mayın sonuna qədər səfərə gedən plastik kart sahibi olan müştəriləri üçün bir sıra endirimləri təkliflər hazırlayıb.

Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, o cümlədən Türkiyənin «Beymen Istanbul» mağazasında «MasterCard» kartlarının sahiblərinə «Ballenciaga», «Bottega Veneta», «D&G», «Dior», «Celine», «Chloe», «Christian Louboutin», «Ermenegildo Zengna», «Fendi», «Giorgio Armani», «Jimmy Choo», «Lanvin», «Marc Jacobs», «Misioni», «Miu Miu», «Moschino», «Prada», «Valentino», «Yves Saint Laurent» brendlərinin məhsullarına endirimlər təklif edir. Bundan əlavə, «MasterCard» kartlarının sahiblərinə bir sıra məşhur hotellərdə də endirimlər təklif olunur.

Həmçinin, «Visa International» kartlarının sahibləri üçün isə BƏƏ-də «Jaz Hotels & Resorts» hotellər şəbəkəsində 25%-lik endirim elan olunub.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-cı ilin yanvarından fəaliyyət göstərir, onun səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i isə fiziki və özəl hüquqi şəxslərə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR