Aktivlərin strukturunda müştərilərə verilən kreditlərin həcmi fevralın 1-nə 9 118,4 mln. manat (xüsusi çəkisi 64,2%), müxbir hesabları 982,5 mln. manat (6,9%), investisiyalar 1 487,3 mln. manat (10,5%), nağd vəsaitlər 689,0 mln. manat (4,9%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 571,3 mln. manat (4,0%), digər aktivlər isə 1 356,6 mln. manat (9,5%) təşkil edib.
Kommersiya banklarının məcmu passivlərinin 82,7%-i bankların öhdəliklərinin payına düşür. Belə ki, bankların öhdəliklərinin həcmi 11 748,17 mln. manat təşkil edib. Öhdəliklərin strukturunda 6 606,1 mln. manat depozitlər, 4 368,0 mln. manat maliyyə sektorundan alınmış kredit və depozitlər, 774,1 mln. manat digər öhdəliklərin payına düşür.
Bankların məcmu kapitalı 2012-ci ilin fevralın 1-nə 2 456,8 mln. manata bərabər olub.