Bank Of Baku

«Ekonomist» analitik jurnalının növbəti sayı çapdan çıxıb - FOTO

«Ekonomist» analitik jurnalının növbəti sayı çapdan çıxıb - <font color=red>FOTO</font>
# 14 mart 2012 12:17 (UTC +04:00)
«APA-ECONOMICS»in məlumatına görə, 2010-cu ilin fevral ayından nəşr olunan jurnalın artıq 24 buraxılışı işıq üzü görüb. «APA-Ekonomist» jurnalında oxucular Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə icmal və analitik xarakterli məqalə və araşdırma yazıları ilə tanış ola bilərlər.

Jurnalın bu sayında ölkənin bank sektorunda müxtəlif tematikalara həsr olunan analitik məqalələr, sığorta və lizinq şirkətlərinin renkinqləri, Bakının avtomobil təkərləri bazarının monitorinqi, dünyada avtomobillərin yaranma tarixinə dair və s. materiallar yer alıb.

Qeyd edək ki, «APA-Ekonomist» jurnalını həm redaksiya vasitəsilə, həm də «Qasid», «Qaya» və «Azərmətbuatyayım» şirkətlərinin Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən köşklərində abunə olmaq və almaq mümkündür. Bununla yanaşı, «Ekonomist» və «Metro-Servis» şirkətləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, jurnalın buraxılışlarını Bakı Metropoliteninin stansiyalarında da almaq olar.

Jurnal ayda bir dəfə, rus dilində, 3 min tirajla, A4 formatında nəşr olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR