Bank Of Baku

«Muğan Bank» nizamnamə kapitalını artırır

«Muğan Bank» nizamnamə kapitalını artırır
# 14 mart 2012 13:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Muğan Bank» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 30 279 ədəd, emissiyanın ümumi həcmi isə 6 055 800 manat təşkil edir. Emissiya kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdiriləcək. Səhmlərin yerləşdirilməsində anderrayter rolnuda «Texnika Kapital Menecment» MMC çıxış edəcək. Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 27,2% artaraq 28 305 800 manata çatacaq.

Qeyd edək ki, təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın aktivləri 243,381 mln. manat, məcmu kapitalı 31,648 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,250 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR