Bank Of Baku

«Çartis Azərbaycan» sığorta şirkəti son bir ildə daxilolmalarını 2% artırıb

«Çartis Azərbaycan» sığorta şirkəti son bir ildə daxilolmalarını 2% artırıb
# 14 mart 2012 13:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Çartis Azərbaycan» (əvvəlki «AIG Caspian») sığorta şirkətinin 2012-ci ilin yanvar-fevral aylarında topladığı sığorta haqlarının həcmi 417,021 min manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünün yığımları ilə müqayisədə 1,7% çoxdur.

Şirkətin Maliyyə Departamentinin direktoru Elmar İslamın «APA-Economics»ə verdiyi məlumata görə, bu ilin ilk iki ayında ümumi yığımlarda 40% «Peşə məsuliyyətinin sığortası» (164,900 min manat), 36% «Əmlakın yanğından və digər risklərdən sığortası» (150,907 min manat), 15% «Yüklərin sığortası» (61,615 min manat), 7,5% «Ümumi mülki məsuliyyətin sığortası» (31,335 min manat), 1,5% isə digər sığorta növlərinin payına düşüb.

Sığorta ödənişlərinə gəldikdə isə şirkət bu ilin yanvar-fevral aylarında heç bir ödəniş etməyib. Ötən ilin müvafiq dövründə isə şirkət sığorta hadisələrinə görə 1000 manata yaxın ödəniş edib.

Qeyd edək ki, hesabat təcili məlumatlar əsasında hazırlandığı üçün mənfəət və ya zərərin həcmi dəqiqləşdirilməyib.

Xatırladaq ki, «Çartis Azərbaycan» ASC 1999-cu ildən «AIG Caspian» sığorta şirkəti adı ilə fəaliyyət göstərib və 2010-cu ilin noyabr ayında brendini dəyişib. Əvvəllər şirkətin təsisçiləri «Caravan Investment» şirkəti (51%) və «AIG Inc.» şirkəti (49%) olub. Səhmdarların tərkibində edilən dəyişikliyə əsasən, «Caravan Investment» şirkəti (51%) öz payını ABŞ-ın «AIG Inc.» şirkətinə satıb və bununla da xarici şirkət «Çartis Azərbaycan»ın səhmlərinin 100%-nə sahib olub.

Cari ilin martın 1-nə şirkətin nizamnamə kapitalı 6,787 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR