Prezident İlham Əliyev keçmiş SSRİ Əmanət Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə birdəfəlik ödəmələrin verilməsi haqqında fərman imzalayıb
Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında saxlanılmış bank əmanətləri ötən dövrlərdə Azərbaycan dövləti tərəfindən bir neçə dəfə indeksləşdirilib və onlara görə kompensasiyalar verilib (1993-1997-ci illərdə), əmanətçilərin bir qismi qeyd olunan kompensasiyanı alıb, böyük bir hissəsi əmanətləri və onlara görə verilən kompensasiyaları almaq hüquqlarından istifadə etməyib və keçən müddət ərzində həmin əmanətlərin dəyəri xeyli azalıb.
Qeyd etmək zəruridir ki, Azərbaycan vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında əmanətləri yerləşdirdikləri dövrdə qüvvədə olmuş SSRİ-nin “Banklar və bank fəaliyyəti haqqında” Qanununda və Azərbaycan Respublikasının “Banklar və bank fəaliyyəti haqqında” 1992-ci il 7 avqust tarixli Qanununda Əmanət Bankının öhdəliklərinə görə dövlətin məsuliyyəti nəzərdə tutulmayıb.
Son dövrlərdə ölkəmizin sosial-iqtisadi inkişafında qazanılmış uğurlar, əldə olunmuş makroiqtisadi sabitlik, Azərbaycan dövlətinin maliyyə imkanlarının artması əhalinin inflyasiya nəticəsində ucuzlaşmış bank əmanətlərinə görə onlara dövlət tərəfindən əlavə yardım ödənilməsi üçün şərait yaradıb. Bu uğurların əldə edilməsində Azərbaycan Respublikası vətəndaşlarının töhfəsini nəzərə alaraq, Azərbaycan dövləti keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsini təklif etmək niyyətini bəyan edir.
Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin Bankın hüquqi varisi “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətində bu Fərman qüvvəyə mindiyi tarixə şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə, həmin hesabdakı qalıqlar nəzərə alınmaqla, bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq fərdi birdəfəlik ödəmələr verilsin.
2. “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları” təsdiq edilsin.
3. Müəyyən edilsin ki:
3.1. əmanətçilərə fərdi birdəfəlik ödəmələrin (bundan sonra - birdəfəlik ödəmələr) verilməsi 2012-ci ilin iyun ayından başlayır və 2013-cü il 31 dekabr tarixinədək başa çatdırılır;
3.2. keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının hüquqi varisi olan “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti birdəfəlik ödəmələrin verilməsi üzrə müvəkkil bank hesab edilir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, 15 gün müddətində:
4.1. birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nəzdində aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə həmin ödəmələrin verilməsi başa çatanadək fəaliyyətdə olacaq Xüsusi Komissiyanın (bundan sonra – Xüsusi Komissiya) yaradılmasını təmin etsin;
4.2. Xüsusi Komissiyanın fəaliyyət qaydasını təsdiq etsin;
4.3. birdəfəlik ödəmələrin verilməsi və bu ödəmələrin verilməsi işinin təşkil edilməsi üçün dövlət büdcəsindən müvafiq vəsaitlərin ayrılması məsələlərini və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki:
5.1. birdəfəlik ödəmələrin dövlət büdcəsindən maliyyələşdirilməsini “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin sifarişləri, habelə Xüsusi Komissiyanın rəyi əsasında həyata keçirsin;
5.2. birdəfəlik ödəmələrin verilməsi zamanı əmanətçilərin müraciətləri ilə bağlı operativ tədbirlər görülməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində qaynar xətt yaradılmasını təmin etsin;
5.3. birdəfəlik ödəmələrin verilməsi vəziyyətinə dair məlumatların mütəmadi olaraq kütləvi informasiya vasitələrində yerləşdirilməsini təmin etsin.
Maliyyə
Maliyyə icarəsi müqavilələrinin maksimum məbləği müəyyənləşəcək
Maliyyə icarəsi verənlərin reyestri yaradılacaq, tələblər müəyyənləşib
Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
ABB: Müştərilərin hesab balansları bərpa edilib
Xəbər Lenti
Pikassonun tablosu Londonda 1,7 milyon dollara satılıb
Aİ Ukrayna üçün cəlb etdiyi 90 milyard avroluq kreditə görə ildə 3 milyard avro faiz ödəyəcək
ABŞ "Lukoil"in xarici aktivləri üzrə danışıqlara icazəni uzadıb
DÇ-2026: Almaniya yığması Ekvadora, Kurasao millisi Fil Dişi Sahilinə məğlub olub
İran Hörmüzdə müəyyən edilmiş marşrutlardan kənara çıxan gəmilərə təhlükəsizlik zəmanəti verməyəcək
Rütte Ankarada Trampı NATO-nun əhəmiyyətinə inandırmaq istəyir
ABŞ Venesuelaya 150 milyon dollar yardım ayıracaq
Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları bir il uzadıb
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının sürətləndirilməsinə qarşı çıxıb
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib
Adı Yunus Emre, yolu isə "Feto yolu": CHP-li deputatın AŞPA sərgüzəştləri
Rusiya Kiyevə ballistik raketlərlə zərbə endirib
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür
ABŞ və Körfəz ölkələri Livan-İsrail danışıqlarını dəstəkləyib
Bakının Abbasqulu ağa Bakıxanov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
Venesuelada zəlzələ qurbanlarının sayı 188-ə çatıb, 1 520 yaralı var - VİDEO - YENİLƏNİB-2
Prezidentin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı videoçarx paylaşılıb
İsrail Prezidentini daşıyan helikopter quş sürüsü ilə toqquşub
Rubio: Ərəb ölkələri İrandan kompensasiya tələb edir
ABŞ və Körfəz ölkələri Hörmüz boğazında rüsum tətbiqini rədd edib
Prezidentin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndəriləcək
Zelenski Rusiyaya qarşı 40 günlük xüsusi əməliyyatı təsdiqləyib
MÜTDA: 22 mindən çox müəllim sertifikatlaşdırma imtahanında iştirak edib
Azərbaycan və Niderland XİN-ləri arasında konsulluq sahəsi üzrə müzakirələr keçirilib - FOTO
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı baş tutub
Şmıqal: Ukraynanın Bərpası Konfransında 1 milyard avrodan çox məbləğdə enerji müqavilələri imzalanacaq
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb
DÇ-2026: F qrupunda son tura start verilir
Ziya Öztürkler Azərbaycanın ŞKTC-yə dəstəyini yüksək qiymətləndirib
Apple “VKontakte” tətbiqlərinin App Store-dan silinməsini sanksiyalarla izah edib
Ermənistan parlamentinin sədri dəyişir
Moskva vilayətində raket hücumu xəbərdarlığı elan edilib - YENİLƏNİB
Hikmət Hacıyev Baş katibin xüsusi nümayəndəsi ilə Azərbaycan–NATO tərəfdaşlığını müzakirə edib
Ermənistan Prokurorluğu Tsarukyanın cinayət məsuliyyətinə cəlb olunmasını istəyir
Venesuela XİN rəhbəri zəlzələ ilə bağlı həmrəyliyə görə Azərbaycana təşəkkür edib
Rubio: Alyaskada ABŞ və Rusiya arasında heç bir razılaşma olmayıb
Azərbaycan və Qazaxıstan elektron icazə sisteminə tam keçid barədə razılıq əldə edib
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək
Azərbaycan hərbçiləri Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - VİDEO
Üfüqi monitorinqlə bağlı vergi risklərinə nəzarət qaydaları təsdiqlənib
Sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydaları müəyyənləşib
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
DYP sabah Bakıda 5 istiqamətdə keçiriləcək hərbi yürüşlə bağlı müraciət edib
XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir
Sabirabadda yol qəzası olub, ölən və xəsarət alanlar var - FOTO
FHN-in strukturlarında Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib
ABŞ dövlət katibi: İsrail və Livan razılaşmaya yaxındır