Bank Of Baku

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi rekord həddə çatıb

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi rekord həddə çatıb
# 15 mart 2012 07:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. MDB məkanında Azərbaycanın əsas ticarət tərəfdaşı olan Rusiya ilə qarşılıqlı ticarət dövriyyəsinin həcmi 2011-ci ildə ilk dəfə olaraq 2 mlrd. ABŞ dolları səviyyəsini adlayıb və 147,4%-lik artımla 2 828,4 mln. dollara çatıb. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2011-ci ildə fəaliyyəti haqqında dərc olunmuş hesabatda deyilir.

Hesabatda qeyd olunub ki, Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin 50%-dən çoxu məhz Rusiyanın payına düşüb.

«Ölkədə yaradılan əlverişli investisiya mühiti sayəsində hazırda Azərbaycanda Rusiya kapitalının iştirakı ilə 450-yə yaxın müəssisə və təşkilat qeydiyyatdan keçib», - deyə hesabatda bildirilir.

Qeyd edək ki, ötən il ərzində Azərbaycandan Rusiyaya 466,9 mln. dollar həcmində, Rusiyadan isə Azərbaycana 425,7 mln. dollarlıq kənd təsərrüfatı və qida məhsulları tədarük olunub. Belə ki, Azərbaycan hökuməti iki ölkə arasında aqrar-sənaye kompleksi sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR