Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır

«Azərbaycan Sənaye Bankı» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 15 mart 2012 07:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən Bakı Fond Birjasında (BFB) «Azərbaycan Sənaye Bankı» ASC-nin adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanır.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 0,20 manat, sayı 20 mln. ədəd, emissiyanın ümumi həcmi isə 4 mln. manat təşkil edir.

«Azərbaycan Sənaye Bankı» ASC-nin səhmlərinin yerləşdirilməsində adderayter rolunda «Çelsi Kapital» şirkəti çıxış edir. Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 16,7% artaraq 28 mln. manata çatacaq.

Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə «CI Bank» ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin yanvarın 1-nə bankın aktivləri 155 mln. manat, depozit portfeli 83 mln. manat, kredit portfeli 133,4 mln. manat, məcmu kapitalı 28,6 mln. manat, o cümlədən nizamnamə kapitalı 24 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR