Bank Of Baku

Azərbaycan bankları yanvarda mənfəətlə işləyib

Azərbaycan bankları yanvarda mənfəətlə işləyib
# 15 mart 2012 08:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları 2012-ci ilin yanvar ayı ərzində 23,8 mln. manat həcmində vergi ödənilənədək mənfəət qazanıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin yanvar göstəricisi ilə müqayisədə bu müsbət nəticədir, çünki ötən ilin yanvarında banklar zərərlə (1,64 mln. manat) işləyib.

Yanvar ayında bankların faiz gəlirləri 103,45 mln. manat, faiz xərcləri 53,65 mln. manat təşkil edib və nəticədə faiz mənfəəti 49,81 mln. manata bərabər olub. Eyni zamanda, bankların qeyri-faiz gəlirləri 24,3 mln. manat, qeyri-faiz xərcləri isə 39,35 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 15,05 mln. manatlıq zərər yaranıb.

Qeyd edək ki, 2011-ci ilin yanvar ayı ilə müqayisədə faiz mənfəəti 15,8%, qeyri-faiz zərəri 25,5% artıb. O cümlədən, faiz gəlirləri 12,9%, faiz xərcləri 10,3% artıb. Qeyri-faiz əməliyyatları üzrə gəlirlər 49,3%, xərclər isə 7,8% çoxalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR