Bank Of Baku

Azərbaycanda illik inflyasiya 3,7%-ə düşüb

Azərbaycanda illik inflyasiya 3,7%-ə düşüb
# 15 mart 2012 12:32 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-fevral aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 3,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,6%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, xidmət tarifləri isə 3,4% bahalaşıb.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanda inflyasiyanın səviyyəsi 4,8% təşkil edib.

Xatırladaq ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2012-ci ildə ölkədə inflyasiya 6%, 2013-cü ildə – 5%, 2014-cü ildə 5,3%, 2015-ci ildə isə 4,8% təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR