Bank Of Baku

Maliyyə Nazirliyi «Meqa Sığorta» şirkətinə müddətsiz lisenziya verib

Maliyyə Nazirliyi «Meqa Sığorta» şirkətinə müddətsiz lisenziya verib
# 15 mart 2012 13:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən «Meqa Sığorta» ASC-yə müddətsiz lisenziya verilib.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, əvvəllər şirkətə verilmiş lisenziyanın fəaliyyət müddətinin başa çatması ilə əlaqədar «Meqa Sığorta» ASC-yə Maliyyə Nazirliyinin müvafiq əmri ilə mart ayının 14-də sığorta fəaliyyətinə müddətsiz lisenziya verilib.

Qeyd edək ki, indiyədək Maliyyə Nazirliyi tərəfindən ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin 18-nə müddətsiz lisenziya verilib. Əvvəlki qaydaların şərtlərinə görə, Nazirlik tərəfindən şirkətlərə verilən lisenziyanın müddəti 5 il olub.

Xatırladaq ki, təsisçisi iki yerli fiziki şəxs olan «Meqa Sığorta» şirkəti 1998-ci ildən «Naxçıvan Sığorta» şirkəti kimi fəaliyyətə başlayıb. Lakin 2001-ci ildə şirkətin brendi «BE&G», 2010-cu ilin oktyabr ayında isə «Meqa Sığorta»ya dəyişdirilib. Şirkət müştərilərə 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR