«Texnikabank» son bir ildə aktivlərini 24% artırıb
15 mart 2012 13:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin aktivlərinin həcmi 2012-ci il martın 1-nə 641,7 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 23,6% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 20,8% artaraq 456,9 mln. manata, depozit portfeli 32,2% artaraq 327,4 mln. manata çatıb.
Bu müddət ərzində bankın məcmu kapitalı 50,42% artaraq 99,8 mln. manat, o cümlədən nizamnamə kapitalı 20,6% artaraq 64,8 mln. manat təşkil edib.
Ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə bank tərəfindən emissiya edilmiş plastik kartlarının sayı 34,5% artaraq 66 673 ədəd, bankomatlarının sayı 71% artaraq 106 ədəd, POS-terminalların sayı isə 32 dəfə artaraq 3 364-ə çatıb.
Xatırladaq ki, «Texnikabank» ASC 1993-cü ildə təsis olunub. Bankın 35 filialı və 770 işçisi var.

Maliyyə
Beynəlxalq Maliyyə Korporasiyasına Avropa üzrə yeni Regional Direktor təyin edilib
12:45
27 may 2024
Palata: İlin sonuna neft sektoru üzrə ÜDM büdcənin dürüstləşmiş göstəricisindən çox olacaq
12:14
27 may 2024
"Bank VTB Azərbaycan"ın rəhbərliyinə daha bir təyinat olub
11:56
27 may 2024
İqtisadiyyat Nazirliyi: Ötən il ÜDM-in real artım tempi proqnoza qarşı az olub
10:49
27 may 2024