Bank Of Baku

Azərbaycanda könüllü daşınmaz əmlak sığortası bazarı 60% artıb

Azərbaycanda könüllü daşınmaz əmlak sığortası bazarı 60% artıb
# 16 mart 2012 11:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda daşınmaz əmlakın könüllü sığortası üzrə 3,194 mln. manatlıq sığorta haqqı yığılıb ki, bu da ötən ilin müvafiq dövründəki yığımlardan 60% çoxdur.

«APA-Economics»in apardığı araşdırmaya görə, hesabat dövründə könüllü əmlak sığortası üzrə sığorta hadisələrinə görə aparılan ödənişlərin həcmi 4,2% azalaraq 208,850 min manat olub.

Bununla yanaşı, car ilin ilk iki ayında icbari əmlak sığortası üzrə 851,466 min manat həcmində sığorta haqqı toplanılıb ki, bunun da 814,177 min manatı «Daşınmaz əmlakın icbari sığortası», 37,289 min manatı isə «Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası» növlərinin payına düşüb. Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında icbari əmlak sığortası üzrə heç bir ödəniş aparılmayıb.

Aparılan araşdırmada məlum olub ki, bazarda əmlak sığortası üzrə ən çox yığım «AXA-Mbask», «Atəşgah Sığorta», «Standard Insurance», «Azərsığorta», «AzSığorta» Beynəlxalq Sığorta Şirkətinin payına düşüb.

Xatırladaq ki, 2012-ci ilin yanvar-fevral aylarında Azərbaycanda sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 58,916 mln. manat, ödənişlərin həcmi isə 9,547 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR