Bank Of Baku

Azərbaycanda könüllü avtomobil sığortası bazarı 28% artıb

Azərbaycanda könüllü avtomobil sığortası bazarı 28% artıb
# 16 mart 2012 11:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda könüllü avtomobil sığortası üzrə ümumilikdə 6,655 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 28,4% çoxdur.

«APA-Economics»in apardığı araşdırmaya görə, hesabat dövründə avtoqəza hadisələrinə (könüllü sığorta növləri üzrə) görə verilən ödənişlərin həcmi 49% artaraq 3,261 mln. manata çatıb.

Bundan başqa, cari ilin yanvar-fevral aylarında «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə daxilolmaların həcmi 5,145 mln. manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrünün analoji göstəricisindən 8,4 dəfə çoxdur. Bu ilin ilk iki ayında isə icbari avtomobil sığortası üzrə ödənişlər 3,5 dəfə azalaraq 24,251 min manat təşkil edib.

Qeyd edək ki, könüllü avtomobil sığortası üzrə toplanan yığımların bazar üzrə məcmu sığorta haqlarının strukturunda xüsusi çəkisi 11,2%, icbari avtomobil sığortası növünün payı isə 8,7% təşkil edib.

Aparılan araşdırmalar əsasında məlum olub ki, bazarda avtomobil sığortası üzrə ən yüksək fəallıq «AXA-Mbask», «Atəşgah Sığorta», «Standard Insurance», «Azərsığorta», «AzSığorta» və Beynəlxalq Sığorta Şirkəti üzrə müşahidə olunub.

Xatırladaq ki, 2011-ci ilin yanvar-fevral aylarında Azərbaycanda sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 58,916 mln. manat, ödənişlər isə 9,547 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR