Bank Of Baku

«İpək Yolu Sığorta» nizamnamə kapitalını artırır

«İpək Yolu Sığorta» nizamnamə kapitalını artırır
# 16 mart 2012 13:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «İpək Yolu Sığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 691 manat, sayı 15,5 min ədəd, emissiyanın ümumi həcmi isə 12 092 500 manat təşkil edir. Emissiya «İpək Yolu Sığorta» şirkətinin bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 616 manat olan 17,5 min ədəd və 10,780 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmə başa çatdıqdan sonra sığorta şirkətinin nizamnamə kapitalı 12,2% artaraq 12 092 500 manata çatacaq.

Xatırladaq ki, «İpək Yolu Sığorta» ASC 1995-ci ildə «AZAL Sığorta» kimi yaradılıb, 2011-ci ilin iyul ayında şirkətin adı dəyişdirilib. Şirkət hazırda 25 sığorta növü üzrə xidmət göstərir. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalının həcmi 10,780 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR