Bank Of Baku

«Atəşgah Sığorta» yeni icbari avtomobil sığortası üzrə maksimal sığorta ödənişini həyata keçirib

«Atəşgah Sığorta» yeni icbari avtomobil sığortası üzrə maksimal sığorta ödənişini həyata keçirib
# 16 mart 2012 14:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Sığorta» şirkəti «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» ilə bağlı üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə «İcbari sığortalar haqqında» qanunu ilə müəyyən edilmiş maksimal sığorta ödənişini həyata keçirib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 5 min manat məbləğində sığorta ödənişi Pirallahı-Bakı avtomagistralında «Daewoo» markalı avtobusla toqquşan «Nissan X Trail» avtomobilinin sahibinə verilib.

«Atəşgah Sığorta» yeni icbari avtomobil sığortası üzrə həyata keçirdiyi sığorta ödənişlərinin ümumi məbləği 17 min manata çatıb.

Xatırladaq ki, «Atəşgah Sığorta» şirkəti 1996-cı ilin sonunda təsis edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR