Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti kimi hesablanır. Həmin nisbət əhalinin gəlirlərinin xərclərini üstələnmə səviyyəsini və əhalinin sərəncamında qalan vəsaitlərin həcmini göstərir.
Qeyd edək ki, yanvar-fevral aylarında pərakəndə əmtəə dövriyyəsi 2 617,2 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 851,1 mln. manat, əhalinin gəlirləri isə 4 543,7 mln. manat təşkil edib. Beləliklə, gəlirlər əsas xərcləri 1 075,4 mln. manat və ya 31% üstələyib.