Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankının bankomatları bayram günlərində fasiləsiz nağd pulla təmin olunacaq

Azərbaycan Beynəlxalq Bankının bankomatları bayram günlərində fasiləsiz nağd pulla təmin olunacaq
# 16 mart 2012 14:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı bankomatların nağd pulla təmin edilməsi üzrə işləri fəallaşdırıb. Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, əhalinin, xüsusən də pensiyaçıların nağd pula olan tələbatının təmin edilməsi üçün müvafiq tədbirlər görülür.

Bankın məlumatında deyilir ki, istirahət və bayram günlərində Bankın bankomatlarının fasiləsiz fəaliyyəti təmin ediləcək.

Hazırda Bankın ölkə üzrə 37 filialı və 630 bankomatı var, 4 minə yaxın POS-terminalı fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-cı ilin yanvarından fəaliyyət göstərir, onun səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i isə fiziki və özəl hüquqi şəxslərə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR