Bank Of Baku

Cahangir Hacıyev: «Azərbaycan Beynəlxalq Bankı bayram günlərində də işləyəcək»

Cahangir Hacıyev: «Azərbaycan Beynəlxalq Bankı bayram günlərində də işləyəcək»
# 17 mart 2012 11:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) müştərilərin bank xidmətlərinə olan tələbatının təmin edilməsi üçün Novruz Bayramında, martın 22-də də fəaliyyət göstərəcək. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.

Belə ki, martın 22-də Bankın Sabunçu, Gəncə və Sumqayıt filialları tam iş günü qrafiki ilə fəaliyyət göstərəcək.

C.Hacıyev bildirib ki, bundan əlavə bayram günlərində əhalinin nağd pula olan tələbatının təmin edilməsi üçün ABB-nin bütün filialları tərəfindən bankomatların fasiləsiz fəaliyyəti və onların nağd pulla təchiz edilməsi təmin olunacaq.

Hazırda Bankın ölkə üzrə 37 filialı və 630 bankomatı var, 4 minə yaxın POS-terminalı fəaliyyət göstərir.

Qeyd edək ki, ABB 1992-ci ilin yanvarından fəaliyyət göstərir, onun səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i isə fiziki və özəl hüquqi şəxslərə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR