Azərbaycanda iri dövlət təşkilatlarının DSMF-yə cari borcları ləğv edilib
17 mart 2012 11:45 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın iri dövlət təşkilatlarının Dövlət Sosial Müdafiə Fonduna (DSMF) cari borcları ləğv edilib. «APA-Economics»in məlumatına görə, bunu DSMF-nin sədri Səlim Müslümov bildirib.
Onun sözlərinə görə, vaxtı ilə belə borcları olan «Azərikimya» Dövlət Şirkəti Dövlət Neft Şirkətinin tabeliyinə keçiriləndən sonra bu məsələ həll edilib: «Neft Şirkəti tərəfindən «Azərikimya»nın maliyyə vəziyyətinin sağlamlaşdırılması üçün bütün lazımi tədbirlər görülüb və onların bütün borcları son qəpiyinə kimi ödənilib». «Azərbaycan Hava Yolları» QSC şirkəti də 2011-ci ilin sonunadək əvvəlki illərdəki bütün borclarını, yəni 2003-cü ilədək olan borcları tam ödəyib.
Lakin bu gün də DSMF-yə borcu olan təşkilatlar da var. Bu, «Azərenerji» ASC, «Azərsu» ASC və «Azərneftmaşınqayırma» ASC-dir. Bu qurumların borcları da 2003-2004-cü illərə qədər yığılan məbləğlərdir. S.Müslümov bu borcların məbləğini dəqiqləşdirməsə də bildirib ki, bu, denominasiyadan əvvəlki məzənnələrlə böyük görünürdü, amma yeni Azərbaycan manatı ilə götürəndə borcun əsas hissəsi o qədər də böyük deyil: «Sadəcə onlara hesablanmış dəbbənin məbləği böyükdür. Çünki onlara neçə illərdir dəbbə hesablanır və əgər onlar əsas borcu müəyyən qrafik üzrə ödəyərlərsə, yəqin ki, dəbbə pulunun ödənilməsinin məhkəmə yolu ilə hansısa yolu tapıla bilər».

Maliyyə
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024
Kapital Bank-ın 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
15:27
17 may 2024
BMT: 2024-cü ilin əvvəlindən artan neft qiymətləri Azərbaycan və Qazaxıstanın gəlirlərini artıracaq
15:18
17 may 2024
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
13:25
17 may 2024