Bank Of Baku

Azərbaycanda əhalinin bank əmanətləri 36% artıb

Azərbaycanda əhalinin bank əmanətləri 36% artıb
# 17 mart 2012 14:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevralın 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 36% artaraq 4 179,5 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövrdə milli valyutada qoyulmuş əmanətlərin həcmi xarici valyuta depozitlərini üstələyərək 2,315 mlrd. manat və ya əmanətlərin ümumi həcminin 55,4%-ni təşkil edib. Əmanətlərin 77%-i özəl banklarda yerləşdirilib.

Qeyd edək ki, 2012-ci ilin fevral ayında manatın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0,79 manat, 100 Rusiya rubluna 2,63 manat, 1 avroya 1,04 manat, ilin əvvəlində isə müvafiq olaraq 0,79 manat, 2,57 manat və 1,03 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR