Bank Of Baku

Azərbaycan əhalisi yanvarda banklardan 700 mln. dollar alıb

Azərbaycan əhalisi yanvarda banklardan 700 mln. dollar alıb
# 19 mart 2012 07:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2012-ci ilin yanvar ayı ərzində banklar tərəfindən əhaliyə satılan nağd dollar kütləsinin həcmi 698 mln. dollar təşkil edib ki, bu da ötən ilin yanvarına nisbətən 66,2% çoxdur. Azərbaycanda Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda banklar tərəfindən əhalidən alınan nağd dolların məbləği son bir ildə 1,9 dəfə artaraq 189 mln. dollara çatıb.

Beləliklə, Azərbaycanda əhalinin nağd dollar alışı satışdan 3,7 dəfə çox olub. Bu, Azərbaycanda ənənəvi olaraq dolları yığım valyutası kimi qəbul edilməsi, xarici ölkələrə səfərə gedənlər tərəfindən nağd dolların alınması ilə bağlıdır.

Qeyd edək ki, Azərbaycanda ötən il əhali tərəfindən banklardan orta hesabla hər ay 536,8 mln. nağd dollar alınıb və 162,2 mln. dollar satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR