Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı bankomatlar şəbəkəsini genişləndirir

Azərbaycan Beynəlxalq Bankı bankomatlar şəbəkəsini genişləndirir
# 19 mart 2012 08:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ilin əvvəlindən daha 18 məntəqədə bankomat quraşdıraraq bankomatların ümumi sayını 648-ə çatdırıb. Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bunun 374-ü Bakıda, 274-ü isə regionlarda quraşdırılıb.

Bankomatların 44-ü Cash-In tipli bankomatlardır və bunlardan 4-ü regionlarda yerləşir.

Bankdan bildirilib ki, ABB yaxın zamanlarda bankomatların sayını 800-ə çatdırmaq niyyətindədir. Bildirilir ki, Bankın ölkə üzrə 65 məlumat köşkü fəaliyyət göstərir və bunun 43-ü regionlardadır.

Qeyd edək ki, ölkənin ən iri bankı olan Azərbaycan Beynəlxalq Bankı 1992-ci ilin yanvarından fəaliyyət göstərir, onun səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i isə fiziki və özəl hüquqi şəxslərə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR