Bank Of Baku

«AzRe Təkrarsığorta» şirkəti nizamnamə kapitalını artırır

«AzRe Təkrarsığorta» şirkəti nizamnamə kapitalını artırır
# 19 mart 2012 11:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «AzRe Təkrarsığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20 min manat, sayı 2 min ədəd, emissiyanın ümumi həcmi isə 40 mln. manat təşkil edir. Emissiya «AzRe Təkrarsığorta» şirkətinin bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 17,5 min manat olan 2 min ədəd və 35 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmə başa çatdıqdan sonra şirkətin nizamnamə kapitalı 14,3% artaraq 40 mln. manata çatacaq.

Xatırladırıq ki, Azərbaycan sığorta bazarının ilk milli təkrarsığorta şirkəti olan «AzRe Təkrarsığorta» ASC 2007-ci ilin noyabrında fəaliyyətə başlayıb. Hazırda şirkətin nizamnamə kapitalı 35 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR