Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı mərkəzləşdirilmiş inkassasiya xidməti yaradıb

Azərbaycan Beynəlxalq Bankı mərkəzləşdirilmiş inkassasiya xidməti yaradıb
# 19 mart 2012 12:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı ölkədə ilk dəfə olaraq mərkəzləşdirilmiş inkassasiya xidmətini yaradıb ki, bu da bankomatların nağd vəsaitlərlə təchiz edilməsinin keyfiyyətini artırıb.

Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, əvvəllər hər filial öz ərazisində olan bankomatlara xidmət göstərib, lakin indi Bankda nağd vəsaitlərin idarə edilməsi üzrə xüsusi ofis yaradılıb.

Bakıda yerləşən ofis bütün lazımi avadanlıqla təchiz olunub, o cümlədən burada nağd vəsaitə təlabatı olan bankomatları gündə bir neçə dəfə müəyyənləşdirən monitorinq sistemi quraşdırılıb.

ABB-nin inkassasiya xidmətinin sərəncamında 20 xüsusi avtomobil var. Zərurət yarananda ofis istirahət və bayram günlərində də fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR