Bank Of Baku

«Omni Finance» nizamnamə kapitalını artırır

«Omni Finance» nizamnamə kapitalını artırır
# 19 mart 2012 13:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Omni Finance» MMC-nin faizli sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 500 ədəd, emissiyanın ümumi həcmi isə 500 min manat təşkil edir. Yerləşdirmə başa çatdıqdan şirkətin nizamnamə kapitalı 3,3 dəfə artaraq 500 min manata çatacaq.

Xatırladaq ki, təsisçisi 3 yerli fiziki şəxs olan «Omni Finance» 2003-cü ildə dövlət qeydiyyatından «Mikromaliyyə» MMC kimi keçib. Hazırda şirkətin Beyləqan, Ağcabədi və Sumqayıt filialları fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalının həcmi 150 min manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR